Deputat: “Sosial şəbəkələr haqqında” qanun qəbul etməliyikbackend

Deputat: “Sosial şəbəkələr haqqında” qanun qəbul etməliyik

Ölkəmizdə mədəniyyətsiz və savadsız bir qrup var. Onların ağzını bağlamaq məqsədilə “Sosial şəbəkələr haqqında” qanun hazırlamalı və qəbul etməliyik.

Hokm.az xəbər verir ki, belə təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O əlavə edib ki, cəmiyyətə həmin şəxslərin yaşadığı ölkələrlə danışıqlar aparılması ilə bağlı məlumat verilməlidir: “İkinci bir qrup isə ölkə daxilindədir. Klaviaturanın arxasında oturub hər şey demək olar. Həmin şəxslər ölkədə bir qrup insanı təsir altına alıblar. Onlar cəzalandırılmalıdır”.

  •  (0)
  •  (0)