Deputat: Sanki sülhməramlılar Dağlıq Qarabağda yaşayan erməniləri tapıb, orada məskunlaşdırmaq üçün gəliblərbackend

Deputat: Sanki sülhməramlılar Dağlıq Qarabağda yaşayan erməniləri tapıb, orada məskunlaşdırmaq üçün gəliblər

Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar, xüsusən sülhməramlıların hər gün yeni xəritə ilə çıxış etməsi Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdıb
Hokm.az xəbər veriir ki, məsələylə bağlə Milli Məclisin deputatı Razi Nurullayevdən açıqlama alıb.
O rus sülhməramlılardan başqa münasibət gözlədiyini deyib:
“Rus qoşunlarının manitorinq ediyi əraziləri hər gün bir xəritə ortaya çıxarması bahasına genişləndirməsi yolverilməzdir. Sülhməramlılar həm azərbaycanlılara, həm də ermənilərə eyni münasibət göstərməlidirlər. Bununla bərabər onların vəzifəsi orada yaşayan azərbaycanlılar və ermənilər arasında baş verəcək münaqişənin qarşısını almaqdır. Ancaq onlar özlərini tamam başqa cür apararaq, ermənilərin tərəfini saxlayırlar. Kənardan elə görünür ki, sanki sülhməramlılar Dağlıq Qarabağda yaşayan erməniləri tapıb, orada məskunlaşdırmaq üçün gəliblər.
Bir daha qeyd edirəm ki, onların vəzifəsi bundan ibarət deyil. Azərbaycan höküməti və cəmiyyəti bundan haqlı şəkildə narazılığını bildirir. Biz sülhməramlılardan başqa münasibət gözləyirdik. Məhz buna görə də, biz türk sülhməramlıların Azərbaycana gəlməsini istəyirik.
“Zəfər paradında qənimət götürülən rus texnikasının nümayişi onları qıcıqlandırıbmı? sualına milllət vəkili belə cavab verib:
“Əlbəttə ki, Ermənistan Dağlıq Qarabağda daha çox rus silahlarından istifadə edirdi. Ancaq Azərbaycan onların müasir saydığı bütün silahları sıradan çıxardı. Bu təbii ki, rusları narahat edir. İndi rus ekpertlər etiraf edir ki, problem silahlarda deyil, onu istifadə edən ermənilərin biliksizliyi və qabiliyətizliyindən irəli gəlir”.azxeber.com
  •  (0)
  •  (0)