Deputat öz puluna qıymır, maaşları kəsməyə çağırırbackend

Deputat öz puluna qıymır, maaşları kəsməyə çağırır

Deputat Jalə Əliyeva qazilərə və şəhid ailələrinə dəstək olmağın “unikal” variantını icad edib. Reportyor.info-nun verdiyi xəbərə görə, deputat büdcə təşkilatlarında çalışanların əmək haqlarından tutularaq həmin ailələrə verilməsini təklif edib.

J.Əliyevanın təşəbbüsünün lori dildə izahı ondan ibarətdir ki, maaşlardan kəsilsin və həmin vəsaitlər qazilərin, şəhid ailələrinin problemlərinə yönəldilsin. Əlbəttə, hər bir vətənpərvər öz gəlirindən Vətən müharibəsinin qəhrəmanlarına, onların ailə üzvlərinə bağışlamağa, dəstək olmağa hazırdır.
Onların əməyi əvəzolunmazdır, fədakarlıqları qarşısında hər bir azərbaycanlı minnətdardır, şəhidlərin ruhu qarşısında baş əyir. Eyni zamanda dövlətin və onun rəhbərliyinin müharibə qəhrəmanlarına qayğısı, diqqəti göz qabağındadır.

  •  (1)
  •  (5)