Deputat Müdafiə Nazirliyinin Hospitalını SƏRT TƏNQİD ETDİbackend

Deputat Müdafiə Nazirliyinin Hospitalını SƏRT TƏNQİD ETDİ

“Mən həkimlərin işini yüksək qiymətləndirirəm, amma hospitalın işini yox. Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan gəlirlər bura. Avtobus da yoxdur. Taksi tutub gəlirlər. Burada onlara resept yazıb deyirlər ki, gedin dərmanları özünüz alın. Haradan alsın?”

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bəzi qazilər orduran hələ də tərxis edilməyib: “Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”.publika.az

  •  (0)
  •  (0)