Deputat: “Maaşımız artırılsa, yaxşı olar…”backend

Deputat: “Maaşımız artırılsa, yaxşı olar…”

“Deputatların maaşının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır…”

Hokm.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik.  Benzin, amortizasiya xərcləri, maddi məsələlər var… Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, – deputat bildirib.

  •  (0)
  •  (0)