Deputat: “İnsanlar TƏBİB-ə nifrət edir”backend

Deputat: “İnsanlar TƏBİB-ə nifrət edir”

“Biz icbari tibbi sığortaya keçiririk. Hesab edirəm ki, səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“TƏBİB adlanan qurum yaradılıb. Amma özünü doğrultmayıb. Bunun nəticəsində həmin qurum insanların nifrətini qazanıb. Hesab edirəm ki, TƏBİB ləğv edilməlidir”,- deputat bildirib.

  •  (5)
  •  (0)