Deputat hamilə qadınlardan peyvənd sertifikatının tələb olunmasını tənqid etdibackend

Deputat hamilə qadınlardan peyvənd sertifikatının tələb olunmasını tənqid etdi

“Bəzi təhsil müəssisələrində hamilə qadınlardan və uşaq əmizdirən analardan koronavirusa qarşı peyvənd sertifikatı tələb edilir”. 

Hokm.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də düzgün yanaşma deyil.

“Hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də hüquqi baxımdan düzgün deyil. Ona görə təklif edirəm ki, hamilə qadınlardan və uşaq əmizdirən analardan peyvənd və “Əks-göstəriş sertifikatı” tələb olunmasın”, – deyə R.Mahmudov əlavə edib. Oxu.Az

  •  (0)
  •  (0)