Deputat “Azərenerji”nin və “Azərsu”yun ləğv edilməsini təklif edirbackend

Deputat “Azərenerji”nin və “Azərsu”yun ləğv edilməsini təklif edir

Fazil Mustafa: “Kommunal xidmətlər özəl sektorun idarəetməsinə verilməlidi”

“2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində, cərəyan transformatorunda baş verən qəza bir sıra vacib məqamları bir daha gündəmə gətirdi. Öncə daha keyfiyyətli və səmərli xidmətin həyata keçirilməsi üçün kommunal xidmətlərin özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var”.

Hokm.az bildirir ki, bunu “Bizim Yol”a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

O deyib ki, kommunal xidmətlər ya bələdiyyənin, ya da özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var: “Əks halda gələcəkdə də problemlər yaranacaq. İndiyə kimi kommunal xidmətlər sahəsində özəl sektorun rol almaması bu sahənin daha çox baxımsız vəziyyətdə olmasına gətirib çıxarıb. Mən özəl sektorun daha məsuliyyətli olacağı düşüncəsindəyəm. Özəl sector keyfiyyətli xidmət göstəcəyini fikirləşirəm”.

Deputat bildirib ki, elektrik enerjisi daxil olmaqla kommunal xidmətlərinin satışı zamanı tərəflərin öhdəliklərinin ikitərəfli qaydada müəyyənləşdirilməsinə ehtiyac var: “İkitərəfli qaydada hazırlanmış müqavilə əsasında qarşılıqlı öhdəliklər və vəzifələr müəyyənləşməlidir. Kommunal xidməti satan tərəfin təminatı həyata keçirə bilmədiyi hallarda məsuliyyəti müəyyənləşməlidi”.

Qeyd edək ki 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində, cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında bir neçə saat fasilə yaranıb.

  •  (0)
  •  (0)