15 iyun tarixinin Azərbaycan və Türkiyənin Müttəfiqlik Günü adlandırılması təklif olunub.
Hokm.az xəbər verir, bu təkliflə Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
“Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin Azərbaycan və Türkiyənin Müttəfiqlik Günü adlandırılmasını təklif edirəm”, – millət vəkili bildirib.
















