“Dəmir yumruq”un dəmir gücü, dəmir iradəsi ilə hələ çox Zəfərlərə imza atacağıqbackend

“Dəmir yumruq”un dəmir gücü, dəmir iradəsi ilə hələ çox Zəfərlərə imza atacağıq

Zəfərin mübarək, Azərbaycan!
Önümüzdə təqvimin üç parlaq günü durur: 8 noyabr- Şuşanın işğaldan azad olunduğu gün, 9 noyabr Dövlət Bayrağı günü, 10 noyabr Ermənistanın öz məğlubiyyətini qəbul edərək kapitulyasiya aktına imza atdığı və beləliklə Zəfərimizin təsdiqləndiyi gün! Bu tarixlərin hər biri qürur qaynağımızdır.
Azərbaycan xalqı məhz Pezident İlham Əliyevin dəmir yumruğu, dəmir iradəsi ilə Böyük Zəfər qazandı. Tarixi torpaqlarımız işğaldan azad edildi, bütövlüyümüz və suverenliyimiz təmin edildi. Biz yenidən Qarabağlı Azərbaycan olduq! Bu Böyük Zəfərin ünvanı, müəllifi, təminatçısı Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Bu Zəfər bölgədə sülhün və sabitliyin təmininə gedən yolda yeni və möhkəm bir cığır açdı. Azərbaycan dünyaya öz varlığını, gücünü bir daha nümayiş etdirdi. Bütün dünya ölkəmizin siyasi iradəsini və ədalət prinsiplərini bir daha gördü.
İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha əvvəlki illərdəki kimi, böyük bir sürətlə qurulur, inkişaf edir. Ölkəmizin nüfuzu hər ötən gün daha da artır. Azərbaycan bölgənin söz sahibi, iradəsilə hesablaşılan güclü lider ölkəsinə çevrilir. Və elə bu faktın özü ölkəmizə dostlar qazandırmaqla bərabər, bədxahlarımızın da sayını artırır.
Amma haqqımızı qoyub, nahaq danışanlar, xeyrə yox, şərə qulluq edənlər, öz gözündə tiri görməyib gözümüzdə çöp axtaranlar, min bir vasitə ilə Azərbaycanın irəlilədiyi doğru olan yolda min bir əngəllər çıxarmağa çalışanlar birdəfəlik bilsinlər ki, cəhdləri əbəsdir, boşdur, nəticəsidir!
İndi qalxıb Avropa Komissiyasının rəhbəri bəyan edir ki, mən COP 29 – a qatılmayacağam. Afərin! Dünyada özlərini demokratiya “qoruyucusu”, “ədalət” tərəzisi elan edənlər, hansısa tələm tələsik, hələ mürəkkəbi qurumadan ictimailəşdirdikləri qərarlarıyla sanki Azərbaycana meydan oxuyurlar.
Əslində Ursula Leyen və onun təmsil etdiyi Avropa Komissiyası, Avropa Birliyi, bu “birlikdə” Azərbaycan əleyhinə ən çox canfəşanlıq edən Fransa və elə onlar kimi düşünən bir ovuc guya “demokrat” qaragüruh, bu addımlarla bütünlükdə dünyamızı qorumağı hədəfləyən, dünyamıza sülh, əmin amanlıq, stabillik çağırışlarına nə qədər biganə qaldıqlarını, bəşəri fəlakətlərə laqeyd olduqlarını, insanlıq və humanizmdən kasad qaldıqlarını ortaya qoyurlar.
Amma bir əhəmiyyətli məqamı unudurlar ki, dünya yalnız onlardan ibarət deyil. Onlar bütün dünyanı düşündürən və həll yollarının axtarıldığı bu vacib tədbirə qatılmasalar da tədbir baş tutacaq! Və Azərbaycan bir daha ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu səfərki sınaqdan da alnıaçıq çıxacaq, COP 29-u ən yüksək səviyyədə keçirəcəkdir.
Bizlər isə, azərbaycanlı olaraq, önümüzdəki təqvimin ən qürurlu günlərinin sevincini yaşayaraq, “dəmir yumruq”un dəmir gücü, dəmir iradəsi ilə hələ çox Zəfərlərə imza atacağımızdan əminik!
Tanri Prezidentimizi, Ordumuzu, Xalqımızı qorusun!
  •  (0)
  •  (0)