Dələduza hava limanında “əlahiddə yaşıl xətt” verilib?backend

Dələduza hava limanında “əlahiddə yaşıl xətt” verilib?

Hal-hazırda həbs olan jurnalist Mahmud Rasimoğlu həbsxanadan şok məlumatlar açıqlayıb.

Həmin məlumatları təqdim edirik:

Bir çox dələduzluq faktlarında ittiham olunan, keçmiş polis işçisi, AR Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məhkum olunan Tağıyev Toğrul Mahmud oğlu barədə ölkə mətbuatında tez-tez yeni informasiyalara rast gəlirik. Apardığımız araşdırmalardan məlum oldu ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışan Bəhruz Quliyev T.Tağıyevə Bakı hava limanında “əlahiddə yaşıl xətt” verib.

T.Tağıyev B.Quliyevlə yaxın dost münasibəti quraraq, onun adından hava limanında istifadə edib, limana aidiyyəti olmayan şəxslərə giriş qadağan olunan yerlərə asanlıqla daxil ola bilir.

Xüsusi xidmət orqanları hava limanında quraşdırılan müşahidə kameralarını izləsələr, T.Tağıyevə verilən “əlahiddə xətti” asanlıqla aşkar edərlər.

Vaxtılə T.Tağıyev bu cür yaxın dostluq münasibətlərini Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzovla da qurmuşdur. O V.Novruzovun oğluna qiyməti 10 minlərlə ölçülən qol saatı hədiyyə edərək atasının qəlbini fəth etmişdir.

V.Novruzovun rəis olan dönəmində, T.Tağıyev özünə məxsus “ASMET LTD” MMC şirkəti vasitəsi ilə bir çox maxinasiyalar edərək, vergi rüsumlarından milyonlar civarında boyun qaçırmağa nail olmuşdur. V.Novruzovun sonraki aqibəti isə hamıya məlumdur…

Ancaq bununla da kifayətlənməyən T.Tağıyev Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsində çalışan Pərviz Rəhimovla da yaxın dostluq münasibəti quraraq bir çox maxinasiyalara imza atmışdır.

Məlumat üçün bildirim ki, P.Rəhimov “Putin” ləqəbli hüquqşunas İlham Rəhimovun qardaşıdır. 2016-cı ilin may ayında Tovuz rayonunun Cilovdarlı kəndində yerləşən P.Rəhimovun villasına olan silahlı basqın nəticəsində Novruzov Ceyhun Şərifxan oğlu 17.09.2018-ci il tarixində həbs olunmuşdur. P.Rəhimov yaxşı bilirdi ki, onun villasına olan silahlı basqın günü C.Novruzov Gürcüstanda olub. Ancaq nəyəsə görə, P.Rəhimov T.Tağıyevin diktəsi ilə həmin basqında C.Novruzovu ittiham edir…

Murad İbrahimli

  •  (0)
  •  (0)