Dekabrdakı göstəricilərə dönə bilərik – Həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞIbackend

Dekabrdakı göstəricilərə dönə bilərik – Həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI

Azərbaycanda COVID-19-a yoluxma sayı son günlərdə artmağa davam edir. Karantin rejiminin yumşaldılması yoluxma sayının artmasına səbəb oldu. Əvvəlki sərt karantin rejimləri ərəfəsində də bu tendensiya hiss olunurdu.

Bu sözləri Publika.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib. Həkim bildirib ki, karantin tədbirləri sərtləşdirilməsə, dekabrdakı göstəricilərə dönə bilərik:

“Qarşıdan Novruz bayramı gəlir, insanların bayramlaşmaq ənənəsini nəzərə alsaq, vəziyyət kritik hal ala bilər. Vaksinasiya işləri hələ tamamlanmayıb, havalar isinməyib, odur ki, pandemiya bu bayramda insanları bir-birindən “uzaqlaşdırmağa” davam edəcək. Bayram ərəfəsində müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Bu tendensiya təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunmaqdadır”.

M.Əliyev qeyd edib ki, insanlar məsuliyyət hissini itirməməlidir, 3 əsas qaydaya ciddi şəkildə əməl etməliyik:

“Qaydalar sadədir, mütləq şəkildə sosial məsafəni gözləməli və maska taxmalıyıq. Gigiyena qaydalarını da gözləməliyik. Hesab edirəm ki, bu bayramda vəziyyəti nəzarətdə saxlaya bilsək, sonrakı mərhələləri daha rahat aşa biləcəyik”.

  •  (0)
  •  (0)