Dəhşətli yanğınlar davam edir: ÇOX SAYDA ÖLƏN VAR, 25-i ƏSGƏRDİRbackend

Dəhşətli yanğınlar davam edir: ÇOX SAYDA ÖLƏN VAR, 25-i ƏSGƏRDİR

Əlcəzairdəki davam edən meşə yanğınlarında ölənlərin sayı 42-yə yüksəlib.

Hokm.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Eymen bin Abdurrahman dövlət televiziyasına məlumat verib.

Baş nazir bildirib ki, ölənlərdən 25-i əsgərdir. Əsgərlərin mülki əhalini təxliyə edərkən yanaraq öldüyü vurğulanıb.

Hazırda ölkənin 23 əyalətində 103 meşə yanğının qeydə alındığı bildirilir.

Baş nazir Avropadan yanğınsöndürmə helikopterlərini kirayələmək üçün müxtəlif ölkələrlə danışıqlar aparıldığını da söyləyib.

  •  (0)
  •  (0)