Bu gün Hava limanı-Bilgəh yolunda baş verən ağır qəzada yaralananların vəziyyəti orta ağırdır.
Bu barədə “Qafqazinfo”ya 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib. Bildirilir ki, bütün xəstələr reanimatoloq, cərrah və travmatoloqların nəzarətindədir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, baş vermiş qəza nəticəsində 3 nəfər vəfat edib, 6 nəfər xəsarət alıb.
















