DƏHŞƏTLİ QƏTL: Musiqiçini öldürüb meyitini zibilliyə atdılar – FOTObackend

DƏHŞƏTLİ QƏTL: Musiqiçini öldürüb meyitini zibilliyə atdılar – FOTO

Türkiyənin Bingöl vilayətində toy musiqiçisi Denizli Ayaz 4 gün əvvəl yoxa çıxıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, 35 yaşlı beş uşaq atası D.Ayazdan xəbər ala bilməyən ailəsi vəziyyəti polisə bildirdikdən sonra araşdırma başlayıb.

Sarıçiçək kəndinin ərazisində kəndlilər zibil paketlərindən pis qoxu gəldiyindən onları açıb və içərisində cəsəd olduğunu görüblər.

 

Polis həmin cəsədin D.Ayaza aid olduğunu müəyyən edib.

Məlum olub ki, onu dörd dəfə atəş açaraq qətlə yetiriblər.

  •  (0)
  •  (1)