DƏHŞƏTLİ PLAN: Şuşanı kimlər xarabalığa çevirmək istəyib? – “İsgəndər müəmması”backend

DƏHŞƏTLİ PLAN: Şuşanı kimlər xarabalığa çevirmək istəyib? – “İsgəndər müəmması”

“280 kilometr mənzilli “İsgəndər M” raketləri Vətən müharibəsi zamanı istifadə edilsəydi Qarabağın mərkəzinə qədər təsir edəcəkdi’’.

Bu fikirləri Metbuat.az-a Türkiyəli general Yücel Karauz açıqlayıb.General deyir ki, əgər Qarabağdan deyil, Ermənistandan İsgəndər atılsaydı o zaman Gəncə, Bərdə, Tərtər şəhəri böyük miqyaslı bir dağıntıya məruz qala bilərdi.

“Ermənistan 2016-cı ildə İsgəndər raketlərini Rusiyanın ona açdığı kreditlər hesabına əldə etmişdir. Belə demək mümkünsə, bir növ mənimsəmişdir. Çünki bu kreditlərin ödənilməsinə görə Ermənistanın heç bir imkanı yoxdur.

Şuşada tapılan “İsgəndər M” raketinin qalıqları ilə bağlı Kremlin Mətbuat katibi Dmitri Peskov açıqlama verərək bildirmişdi ki, Rusiya İsgəndəri Ermənistana satmayıb.

Burada bir reallıq var. Şuşanın azad edilməsi ilə 10 noyabr Bəyannaməsinin imzalanması arasında çox qısa bir vaxt var. Bu da o deməkdir ki, raketi atəşkəsdən sonra Şuşaya atıblar. Əgər “İsgəndər M” Şuşada istifadə edilibsə, məqsəd yalnız Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı Şuşanın dağıdılıb, Azərbaycan silahlı qüvvələrinin ciddi xəsarət almasına şərait yaratmaq olub”.

Ciddi araşdırılmalı məsələ: Ermənistanda yüksək dağıdıcı gücə malik “ İskəndər - M” raketi haradandır?

Yücel Karauz müsahibə zamanı bildirdi ki, atəşkəs müqaviləsi imzalanandan sonra belə bir vəhşiliyə əl atılması Cenevrə konvensiyasına ziddir və Ermənistanın günahsız insanlar üzərində apardığı teror fəaliyyətlərinin davamıdır.

“Azərbaycan savaş hüququna zidd olan bu məsələni Avropa Şurasına, BMT və ATƏT platformasına daşıyıb baş verənlərin araşdırılmasını tələb etməlidir. Rusiya dövləti ilə diplomatik əlaqələr çərçivəsində, əldə olan dəlillər əsnasında dərhal müzakirələrə başlanılmadır.

Ola bilər ki, Ermənistana hazırda bu ya müharibə, ya da müharibədən sonra hansısa kreditlər hesabına satılıb. Əgər Gümrüdə rus birliklərinə istifadə məqsədi ilə bu raketlər verilibsə bunun qarşısı alınmalıdır.

Dərhal “İsgəndər M” raketinin Ermənistandan çıxarılması səylərinə başlanılmalıdır. Çünki o raketlər Ermənistanda olduğu müddətə qədər, Azərbaycan dövlətinin suverenliyini təhlükəyə salan mühüm bir faktdır”.

  •  (0)
  •  (0)