DƏHŞƏTLİ CİNAYƏT: Qızlarının qızıllarını istəyən qudalarını GÜLLƏLƏDİbackend

DƏHŞƏTLİ CİNAYƏT: Qızlarının qızıllarını istəyən qudalarını GÜLLƏLƏDİ

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

Hadisə Samsunda qeydə alınıb.

Rəsmi nikah bağlamadan birlikdə yaşayan qız və oğlan bir il yarım sonra ayrılmaq qərarına gəliblər. Bu zaman qızın valideynləri oğlanın qaldığı evə gəlib və ondan qızının qızıllarını istəyiblər.

Bu zaman oğlanın atası evində saxladığı tüfənglə qızın valideynlərini güllələyib və hadisə yerindən qaçıb.

Hadisə nəticəsində yaralanan 48 yaşlı H.T. və 50 yaşlı A.B. xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb. Oxu.az

  •  (0)
  •  (0)