Dəfndə hansı qohumlar iştirak edə bilərlər? – RƏSMİbackend

Dəfndə hansı qohumlar iştirak edə bilərlər? – RƏSMİ

Daxili İşlər Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə dəfnində iştiraka icazə verilən yaxın qohumlarla bağlı məsələyə aydınlıq gətirib.

Hokm.az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə uyğun olaraq yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aiddirlər.

  •  (0)
  •  (0)