Bir aydır ictimai nəqliyyatdan istifadə edərkən bir məqam diqqətimi çəkir. Demək olar ki, hər dəfə 2 nömrəli avtobus Cəfər Cabbarlı küçəsindəki bu dayanacağa çatarkən məlum lövhənin nə vəziyyətdə olmasına baxıram.
Lakin əfsuslar olsun ki, dayanacaq lövhəsi düzəldilmək əvəzinə gün-gündən əyilməyə doğru gedir. Adiyyəti qurumların isə buna bir əncam çəkməməsi məni bu barədə yazmağa vadar etdi.
Bəlkə də çoxları üçün maraqsız olan, lakin bu yoldan ilk dəfə istifadə edən insanlar üçün lövhənin əhəmiyyəti heç də az deyil. Digər tərəfdən yerə böyrü üstə uzadılan dayanacaq lövhəsi ətrafdakı estetikanı da pozur.
Ümid edirik ki, tezliklə qurum rəsmiləri dayanacaq lövhəsini yerinə qoyacaq və böyrü üstə qalan lövhə nəhayət öz yerində ucaldılacaq.