Daxili İşlər nazirinin yeni birinci müavini kimdir? — FOTOLARbackend

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir? — FOTOLAR

Xəbər verdiyimiz kimi, Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Seyfulla Əzimov təyin edilib.

Hokm.az qaynarinfo-ya istinadla bildirir ki, S.Əzimov bu təyinata kimi Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) rəisi vəzifəsində çalışıb.

S. Əzimov 2009-cu ildə Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Daha sonra keçmiş Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunub. 2011-ci ildə S. Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Üç ildən sonra isə ona daha böyük post – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, 2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub. O, iyunun 20-də daxili işlər naziri təyin edilib.

Hokm.az

  •  (0)
  •  (0)