Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən varbackend

Daşkəsəndə “Qazel” dərəyə aşdı, ölən var

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hokm.az-a verilən məlumata görə, hadisə yanvarın 1-də saat 4 radələrində Daşkəsən şəhəri ərazisində qeydə alınıb.

Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)