Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı – FOTObackend

Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı – FOTO

Daşkəsən rayonunda itkin düşən 21 yaşlı İsmət Bayramov və 11 yaşlı Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyindən Hokm.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri – 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.

  •  (0)
  •  (0)