“Danışmaq asandır, özünü valideynlərinin yerinə qoysun, bacarar?” – İtkin düşmüş əsgərin anası Paşinyana cavab verdibackend

“Danışmaq asandır, özünü valideynlərinin yerinə qoysun, bacarar?” – İtkin düşmüş əsgərin anası Paşinyana cavab verdi

Ermənistanda Eçmiədzin hərbi hissəsində xidmət etmiş, Qarabağ müharibəsində itkin düşən hərbçinin anası Anahit Adoyan hələ də oğlunu axtarır. Bunun üçün onun Ermənistanda döymədiyi qapı qalmayıb.

Milli.Az bu haqda erməni KİV-lərinə istinadən xəbər verir.

İtkin düşənlərin qohumları bu gün yenidən Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısına toplaşdılar. Onlar Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanla görüşməyi tələb edirlər.

“Bütün Ermənistanda müraciət etmədiyimiz bir insan yoxdur. Yalnız Onik Qasparyan qalıb, onunla görüşmək, bizi qəbul edib bu məsələni həll edə biləcəyini anlamaq istəyirik”, – Anahit Adoyan deyib.

Baş nazir Nikol Paşinyanın bu hadisələrə anlayış göstərməsi barəsində açıqlamasına cavab olaraq Anahit Adoyan qeyd edib:

“Danışmaq asandır, özünü valideynlərinin yerinə qoysun, bacarar? Nə qədər gözləyə bilərsən?”

Onun sözlərinə görə, 5 gündür həmin sualı özünə verir və öz sualına bircə cavab verir: heç vaxt.

  •  (0)
  •  (0)