Zərdüşt Əlizadə: “Mehdiyev demokratiyaya ağır zərbələr vurub”
Əli Nağıyev: “O kimdir ki? Adını belə ağzıma almaq istəmirəm”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev istefa verib. Qeyd edək ki, üon dövrlər Mehdiyevi intriqaçılıqda, elmi mühiti korlamaqda ittiham edirdilər. R.Mehdiyev isə bir neçə gün öncə onu istefaya səsləyənlər haqda ağır ifadələr istifadə edib, deputatları saxta yolla seçilməkdə ittiham etmişdi. AMEA Mətbuat xidmətinin adından yayılan açıqlamada onu tənqid edənlərə qarşı “avtobus, yaxud cib müxalifəti” sözləri işlədilib. Milli Məclisin deputatlarına “növbətçi trollar” deyilmişdi. Lakin buna baxmayarqaq, o, istefa verdiyini elan etdi.
Politoloq Zərdüşt Əlizadə Hokm.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev Azərbaycanda demokratiyaya çox ağır zərbələr vurub: “O, Prezident Admistrasiyasının rəhbəri olduğu dövrdə bütün bu işləri həyata keçirib. Həmin zamanlar onu çox tənqid etmişik. Barəsində ən sərt ittihamlar söyləmişik. İndiki halda isə ona qarşı müxtlif fikirlər səslənir. Belə bir məqamda məndə onlarla bir sırada olmaq istəmirəm. Hesab edirəm ki, Ramiz Mehdiyevin AMEA-dan nüfuzunun alçaldılması istiqamətində cəhdlər var. Bütün hallarda Azərbaycan elmi inkişaf etməli, dünya elmi ilə ayaqlaşmalıdır. Yəni, bu sahədə islahatlar qaçılmazdır. Bu mənada Mehdiyevin isə gözlənilən idi”.
Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan, sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Hokm.az-a deyib ki, Ramiz Mehdiyevi zamanında ən sərt formada tənqid edib: “Elə bir adam yoxdur ki, Mehdiyevin ona ziyanı dəyməsin. Bu gün artıq o, heç kimdir. Heç kim olduğuna görə də, ora-bura vurnuxur. Yal verdikləri də olub, pislik etdikləri də. Bu adamın mahiyyəti bundan ibarətdir. İndiki halda ondan danışmağa, adını çəkməyə belə lüzum duymuram. Başına gələnlər vecimə də deyil” – sabiq nazir fikrini yekunlaşdırıb.
Mikayıl Mirzəzadə
Hokm.az
















