Daha iki marşrutda gediş haqqı “BakıKart”la ödəniləcəkbackend

Daha iki marşrutda gediş haqqı “BakıKart”la ödəniləcək

Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Hokm.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, – məlumatda qeyd edilib.

 

 

  •  (0)
  •  (0)