Daha bir vəkil koronavirusdan vəfat etdibackend

Daha bir vəkil koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.
Hokm.az xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkillər Kollegiyasından məlumatı “Report”a təsdiqləyiblər.
Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri – Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!
  •  (1)
  •  (0)