Daha bir restoran qaydaları pozdubackend

Daha bir restoran qaydaları pozdu

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndində yerləşən “Sərin” restoranında karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hokm.Az-a verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

  •  (0)
  •  (1)