Daha bir ölkədən Qarabağ ÇAĞIRIŞIbackend

Daha bir ölkədən Qarabağ ÇAĞIRIŞI

Yaponiya Dağlıq Qarabağdakı münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa çağırıb.

Hokm.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilir ki, Yaponiya sentyabrın 27-dən etibarən Dağlıq Qarabağdakı təmas xəttində baş verən silahlı toqquşmadan ciddi şəkildə narahatdır və tərəfləri dərhal hərbi əməliyyatı dayandırmağa və dialoqu bərpa etməyə çağırır.

Açıqlamada Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinin bölgənin sülh və sabitliyi üçün zəruri olduğu da vurğulanır.

 

  •  (2)
  •  (3)