Daha bir jurnalist məhkəmə qarşısına çıxarılacaq – RƏSMİbackend

Daha bir jurnalist məhkəmə qarşısına çıxarılacaq – RƏSMİ

Bu gün daha bir jurnalist saxlanılıb.

Hokm.az  xəbər verir ki, bu gün saat 14:00 radələrində Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Rəhimov Elgün Rizvan oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov BAXAR.AZ-a məlumat verib:

“Bu gün Ağdam rayon Quzanlı qəsəbəsində jurnalist Elgün Rəhimov karantin qaydalarını pozub. Polis əməkdaşları ondan müvafiq sənədləri tələb edərkən, jurnalist polisin qanuni tələbinə əməl etməyib.Elgün Rəhimov bu gün İXM-nin 211- ci və 535-ci maddələri ilə məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə jurnalistin əməlinə hüquqi qiymət verəcək.”

Qeyd edək ki, Elgün Rəhimov mətbuatda Elgün Gəncimsoy imzası ilə tanınır. Eyni zamanda, Elgün Gəncimsoy hərbi jurnalistdir, 2016-cı ilin “Aprel döyüşləri” ərəfəsində Azərbaycan ictimaiyyətini operativ xəbərlərlə təmin edib. Son günlər isə cəbhəyanı kəndlərdə aztəminatlı ailələrə yardım kampaniyalarının təşkilatçısı olub.

  •  (0)
  •  (0)