Daha bir boşanma dəhşətli qətllə bitdi: Cəmilə və anasını güllələyib, eyni silahla..backend

Daha bir boşanma dəhşətli qətllə bitdi: Cəmilə və anasını güllələyib, eyni silahla..

Daha bir boşanma dəhşətli qətllə sonlanıb.

Hokm.az Sonxeber.az-a istinadən verdiyi məlumata görə, Türkiyənin Mardin şəhərində Seyfəddin Deyər adlı şəxs keçmiş həyat yoldaşı Cəmilə və qayınanası Kadriyə Başçını güllələyib, daha sonra isə eyni silahla başına atəş açaraq intihara cəhd edib.

Belə ki, Seyfəddin keçmiş qayınanasıgilə gələrək naməlum səbəbdən Cəmilə ilə mübahisə etməyə başlayıb. O, mübahisənin böyüməsi nəticəsində isterika keçirərək belindəki silaha əl atıb.

Silah səsini eşidən qonşular dərhal polisə və təcili tibbi yardıma xəbər ediblər. Həkimlər Cəmilə və anası Kadriyə Başçının öldüyünü, Seyfəddin Deyərin isə vəziyyətinin ağır olduğunu bildiriblər. Seyfəddin müalicə üçün Mardin Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

  •  (0)
  •  (2)