Dağlıq Qarabağda şok olaylar yaşanır –  Prezident Əliyev ordunu yığıb…backend

Dağlıq Qarabağda şok olaylar yaşanır – Prezident Əliyev ordunu yığıb…

Dağlıq Qarabağ danışıqlarına dair daha bir raund başa çatdı.
Çox təəssüf ki, bu danışıqlar İrəvanın özgə torpağında Təhlükəsizlik Şurasının iclasını keçirməsi, Azərbaycanın isə buna adekvat cavab olaraq sərhəddə ordu yığıb, təlim keçirməsi ilə müşayiət edilirdi.
Daha bir vacib detal isə Paşinyanın danışıqların formatının dəyişməsi ilə bağlı tələbi idi. Amma Azərbaycan prezidenti və ATƏT rəsmilərinin sərt mövqeyindən sonra məsələ qapalı qaldı və tərəflər razılığıa gəldilər ki, davam etsinlər.
1994-cü ildən davam edən bu danşıqlarda nəticənin olmaması bir daha onu zəruri edir ki, Azərbaycan tərəfi Qarabağda müəyyən torpaq zolağı azad etsin.
Məsələ bu qədər bəsit və sadədir. Əks halda, gün keçdikcə ölkəmizin durmadan silahlanması, aprel savaşının verdiyi qələbə meyvəsinin dadı unudulmağa başlayır.
Çünki Paşinyan, Sarksiyan, yaxud hansısa bir yanın rəhbər olmasından asılı olmayaraq, düşmənin mövqeyi birdi.
Görüş birməmiş düşmənin müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” açıqlaması göstərir ki, müharibə və həlledici zərbə nə qədər də zəruridir.
İndi sual budur:
Azərbaycan prezidenti nəyi gözləyir və nə üçün biz 30 ilə yaxındır ki, ölkəmizin Fələstinə oxşamasına dözürük?
Hokm.az

  •  (0)
  •  (0)