Dağlıq ərazidə hərəkət edən sərnişin avtobusu dərəyə yuvarlandı: Onlarla insan həlak oldubackend

Dağlıq ərazidə hərəkət edən sərnişin avtobusu dərəyə yuvarlandı: Onlarla insan həlak oldu

Perunun Patas vilayətində təhlükəli dağlıq ərazidə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlanıb.

“RİA Novosti” yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər həlak olub, altı sərnişin xəsarət alıb.

Qeyd olunur ki, avtobusun salonunda azyaşlı uşaqlar da daxil olmaqla 33 sərnişin olub.

İlkin məlumata görə, qəza yolun pis vəziyyətdə olması səbəbindən baş verib.oxu.az

  •  (0)
  •  (0)