Dağıstan Respublikasının yeni rəhbəri seçildibackend

Dağıstan Respublikasının yeni rəhbəri seçildi

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

Hokm.az TASS-a istinadla xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

  •  (0)
  •  (0)