ÇOX PİS XƏBƏR: Hələ uzun müddət evdə qalacağıq… – AÇIQLAMA
Hokm.az Redaktor.az-a istinadla xəbər verir ki, Türkiyəli professor Tevfik Özlü koronavirusun getdikcə daha çox yayılmasından dolayı dünya əhalisinin uzun müddət evdə qalmağa məcbur olacağını qeyd edib.
Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elm Komitəsinin üzvü “YouTube” kanalında pandemiyanın cari vəziyyətini dəyərləndirib.
“Qarşıdakı 2-3 həftə olduqca vacibdir. Evdən çıxmayaq! Çində 2 ay eniş gözlənildi. Koronavirus hələ sürətlə yayılır. Uzun müddət evdə qalmağa hazır olun. Özünüzü narahat hiss etməyin”, – deyə professor vurğulayıb.

















