COVID-19-un tək həblə MÜALİCƏSİ TAPILDI: Yaxın aylarda…backend

COVID-19-un tək həblə MÜALİCƏSİ TAPILDI: Yaxın aylarda…

Şimali Karolina Universitetinin virusoloqu Timoti Şien və komandası COVID-19 diaqnozu qoyulduqdan dərhal sonra virusla mübarizə apara və simptomların inkişafının qarşısını ala biləcək qısamüddətli gündəlik həb kursu üzərində çalışdıqlarını açıqlayıblar.

Hokm.az xəbər verir ki, universitetin elm adamları antiviral dərmanların koronavirusun qarşısını aldığını qeyd ediblər.

Virusun qarşısını ala biləcək antiviral müalicənin test mərhələsində olduğunu ifadə edən Şien “Oral antiviral dərmanlar nəinki insanın xəstəlik müddətini qısaldır, həm də xəstə olsanız, evinizdəki digər insanlara ötürülməsini də məhdudlaşdırır”, deyə qeyd edib.

Antiviral inkişafa nəzarət edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun QİÇS Şöbəsinin müdiri Karl Difinbak ən azı üç perspektivli antiviralın klinik sınaqdan keçirildiyini və nəticələrin payızın sonu və ya qışda açıqlanacağını bildirib.

İndiyə qədər yalnız “Remdesivir” adlı antiviral COVID-19-un müalicəsi üçün təsdiq edilib. Şien bu preparat üzərində də preklinik tədqiqatlar aparır. Nəticələr müsbət olarsa və hər hansı bir məhsul üçün dərhal istifadəyə icazə verilərsə, dərmanın sürətlə paylanacağı qeyd olunub.publika

  •  (1)
  •  (0)