COVID-19 keçirən insanlar yeni ştama yoluxa bilər? – ÜST AÇIQLADIbackend

COVID-19 keçirən insanlar yeni ştama yoluxa bilər? – ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, “Omikron”un digər COVID ştamlarından daha yoluxucu olub-olmaması, həmçinin xəstəliyin daha ağır gedişatına gətirib çıxarıb-söndürməməsi hələ məlum deyil. Eyni zamanda bildirilib ki, əvvəllər xəstəliyi keçirmiş şəxslərin yeni ştamına yoluxma riski də olduqca yüksəkdir.

Hokm.az xəbər verir ki, bu barədə ÜST hesabat yayıb.

“Omikron”un digər variantlarla, o cümlədən “delta” variantı ilə müqayisədə daha çox ötürülməsi – məsələn, insandan insana daha asan ötürülməsi hələ aydın deyil”, – hesabatda deyilir.

ÜST vurğulayıb ki, yeni ştamın qeydə alındığı Cənubi Afrikada test nəticələri müsbət olan insanların sayı artıb, lakin epidemioloji tədqiqatlar bunun “omikron” və ya ona təsir edən digər amillərlə bağlı olub-olmadığını anlamaq üçün işlərini davam etdirir.Publika.az

  •  (0)
  •  (0)