COVİD-19 Ermənistan ordusunu ÇÖKDÜRÜRbackend

COVİD-19 Ermənistan ordusunu ÇÖKDÜRÜR

Ermənistanın Gorus rayonu ərazisində yerləşən hərbi hissələrdə COVİD-19 virusu tüğyan edir. 

Hokm.az xəbər verir ki, bu barədə məlumat Ermənistan sosial şəbəkələrində yayılıb. Qeyd edilib ki,  mülki əhali arasında yayılan xəstəlik artıq hərbi hissələri də çökdürür. Belə ki, hərbi qulluqçular arasında xəstəliyin geniş yayılması, vaksinlərin, dərman preparatlarının və peşəkar tibb işçilərinin azlığı səbəbindən koronovirusa yoluxan hərbi qulluqçular arasında xəstəlikdən vəziyyəti ağırlaşanların sayı çoxalıb.

Vəziyyət o həddə çatıb ki, Gorus rayonundan gündə bir neçə hərbi qulluqçu Yerevanda yerləşən  xəstəxanalara köçürülür. Hərbi hissələrdə koronovirus infeksiyasının geniş yayılması faktı ictimaiyyətdən gizlədilsə də, bundan xəbər tutan validyenlər təlaş içində övladlarının sağaldılması üçün yollar axtarırlar. Gorus ərazisində hər gün COVİD-19 xəstəliyindən kiminsə ölməsi xəbəri də əsgər valideyinlərinin daha çox narahatlığına səbəb olub.

Başqa bir xəbərdə isə deyilir ki, Ağdərə rayonu ərazisində gizlənən qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında da koronovirus infeksiyası geniş yayılıb. Bu səbəbdən də dəstələrin üzvləri silahı ataraq ailəsinin və öz canının hayına qalmağa çalışır. Görülən sərt tədbirlər belə qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında fərarilik hallarının qarşısını almağa kömək etmir.unikal.org

  •  (0)
  •  (0)