Corc Buş Zelenskini “zəmanəmizin Çörçili” adlandırdı – FOTObackend

Corc Buş Zelenskini “zəmanəmizin Çörçili” adlandırdı – FOTO

Ukraynanın Rusiya təcavüzünə qarşı çıxması fonunda Ukrayna prezidenti Vladimir Zelenski dövrümüzün Uinston Çörçillidir.

Hokm.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buş Ukrayna prezidenti ilə söhbətdən sonra “Instagram”da məlumat verib.

“Mənə prezident Zelenski – zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfi nəsib olub. Mən prezidentə rəhbərliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə təşəkkür etdim”,- deyə o yazıb.

Ukrayna prezidenti Vladimir Zelenski ötən gün Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buş ilə onlayn görüş keçirib.”Unikal”

  •  (0)
  •  (0)