Coca-Cola Azərbaycan NARGIS CITY sərgisində ekoloji təlim təşkil edibbackend

Coca-Cola Azərbaycan NARGIS CITY sərgisində ekoloji təlim təşkil edib

Dekabrın 25-də Nargis Magazine və Coca-Cola Azərbaycanın təşkilatçılığı ilə NARGIS CITY sərgisində uşaqlar üçün atelye (workshop) və təlim təşkil edilib.

Coca-Cola Azərbaycan sərgidə nümayiş etdirilən “Zəncəfil Şəhərciyi”nin ətrafında müxtəlif məktəblərin şagirdlərinə “Plastiklərin ətraf mühitə təsirini azaltmaq” mövzusunda təlim keçib. Təlimdən sonra uşaqlar “ASAN könüllüləri”nin müşayiəti ilə plastik tullantılardan müxtəlif əşyalar hazırlayıb, həmçinin təkrar istifadəyə yararsız tullantıları xüsusi konteynerlərə ataraq yenidən emala töhfə veriblər.

Coca-Cola şirkətinin Qafqaz və Orta Asiya regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev Yeni İl ərəfəsində balacalara bayram əhval-ruhiyyəsi bağışlamağın məmnunluğunu vurğulayıb: “Bildiyiniz kimi, 100 ildən artıqdır Coca-Cola Yeni İl bayramına xüsusi hazırlaşır və xoşbəxtlik bəxş edən təşəbbüsləri ilə bayramın ayrılmaz hissəsinə çevrilib. Bu il Azərbaycanda bayram ərəfəsində həyata keçirdiyimiz çoxsaylı tədbirlərdən biri kimi NARGIS CITY sərgisinin tərəfdaşıyıq. Sərginin tərəfdaşı kimi bizə ayrılan bir gündə ekoloji təlim və atelye təşkil etdik. Ümid edirəm ki, bu gün bizimlə olan uşaqlar həm bayram sevincini yaşaya bildi, həm də ətraf mühitə qarşı məsuliyyətli olmağın faydasını öyrəndi”.

Qeyd edək ki, Coca-Cola Azərbaycan bundan əvvəl də “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaşlarla birlikdə ekoloji istiqamətdə “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq”, “Recyclaton”, “HORECA Pet Collection” kimi bir sıra layihələr icra edib. Ümümilikdə həmin layihələrdə 50 tondan çox plastik tullantı təkrar emala yönləndirilib.

Xatırladaq ki, “Zəncəfil Şəhərciyi” Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında yaradılıb. Ölkənin ən istedadlı şirniyyatçıları ümimilikdə 101 kq zəncəfilli xəmir istifadə edərək şəhərciyi inşa ediblər.

Port Baku Mall-da təşkil edilən sərgi 15 yanvar 2023-cü il tarixinədək açıq olacaq.

  •  (2)
  •  (1)