Co Bayden Obamadan sonra rekordu yenilədibackend

Co Bayden Obamadan sonra rekordu yenilədi

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Co Bayden 71 milyon səs toplamaqla Amerikada ən çox səs toplamış namizəd kimi adını tarixə yazdırmış oldu.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bayden topladığı bu səslə Trampdan əvvəlki prezident Barak Obamanın rekordunu yeniləyib.

Belə ki, Obama 2008-ci ildə 69,4 milyon səs toplayaraq ona qədərki Amerika prezidentləri arasında ən çox səs toplayan prezident kimi yadda qalmışdı.

Baydenin rəqibi – Respublikaçılar partiyasından namizəd, hazırkı prezident Donald Tramp isə 68,1 milyon səs toplayıb.

Qeyd edək ki, Co Baydenlə  Donald Trampın prezidentlik uğrunda mübarizəsi davam edir.

  •  (1)
  •  (2)