“Co Bayden hakimiyyətə gəldikdən sonra Azərbaycana təzyiqlər göstərə bilər” – Politoloqbackend

“Co Bayden hakimiyyətə gəldikdən sonra Azərbaycana təzyiqlər göstərə bilər” – Politoloq

“Co Bayden hakimiyyətə gəldikdən sonra Amerika Azərbaycan münasibətlərində müəyyən soyuqluq yarana bilər. Amerikada erməni lobbisi güclüdür. Demokratlar ilk növbədə insan hüquqları kimi məsələləri qabardaraq Azərbaycana təzyiq göstərə bilərlər”.​

Bu sözləri correct.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazədə qeyd edib.​ Politoloq bildirib ki, Amerikanın öz əlaqələrindən imtina edəcəyini də düşünmür:

“Amerikada keçirilən seçkilər beynəlxalq sistemə, xüsusilə Cənubi Qafqazda gedən prosesə təsir edə bilər. Lakin Amerikanın öz dövlətçilik siyasəti var. Azərbaycan illərdir Amerika ilə birlikdə beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Amerikanın bu və digər əlaqələrdən imtina edəcəyini düşünmürəm. Qarabağ məsələsinə gəldikdə isə onun hakimiyyətdə yerləşməsi bir neçə ay davam edəcək. Azərbaycan qısa zamanda öz ərazi bütövlüyünu bərpa edəcək və prosesə möhür vuracaq”.​

Qeyd edək ki Bayden 1990-cı illərin əvvəllərində keçirilən konqresdə Azərbaycana qarşı qəbul edilən ədalətsiz 907-ci düzəlişin müəlliflərindəndir. Bayden seçki kampaniyası zamanı çıxışlarında Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verərək müharibədə Ermənistana dəstək olacağını bildirmişdi.

  •  (0)
  •  (0)