“Co Bayden Əfqanıstanda baş verənlərə görə istefa verməlidir” – Donald Trampbackend

"Co Bayden Əfqanıstanda baş verənlərə görə istefa verməlidir" - Donald Tramp

ABŞ-ın sabiq prezidenti Donald Tramp Əfqanıstanın “Taliban” tərəfindən ələ keçirilməsindən sonra prezident Co Baydeni istefaya çağırıb.
Hokm.az ABŞ mediasına istinadən xəbər verir ki, Donald Tramp Co Baydeninin siyasətini uğursuz qiymətləndirir.
Donald Tramp bu barədə deyib: “Co Baydenin Əfqanıstanda baş verənlərə icazə verdiyinə görə utanaraq istefa verməsinin vaxtı gəlib. Bu, onun üçün böyük bir şey olmamalıdır. Çünki o qanunu olaraq prezident seçilməyib”.
Tramp ABŞ Prezidentini ölkədə COVİD-19 hadisələrinin artması, daxili miqrasiya, iqtisadiyyat və enerji mövzusunda da tənqid edib:
“Co Baydenin bu siyasəti Amerika tarixində ən böyük məğlubiyyətlərdən biri olaraq tarixə düşəcək”.azxeber.com
  •  (0)
  •  (0)