Cinsini dəyişən peşəkar idmançı: “Mənə həyat yoldaşım dəstək oldu” FOTOLARbackend

Cinsini dəyişən peşəkar idmançı: “Mənə həyat yoldaşım dəstək oldu” FOTOLAR

Peşəkar amerikalı idmançı Qabriel Taft cinsini dəyişərək pərəstişkarlarını şoka salıb.

Hokm.az Offsideplus.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında əməliyyatla qadın olduğunu bildirib. Bir sıra filmlərdə də rol alan Qabriel hər zaman saxta həyat yaşadığını və cəmiyyətin reaksiyasına görə hisslərini gizlətməyə məcbur qaldığını bildirib:

“Bu işdə əsas dəstəkçim həyat yoldaşım və dostlarım oldu. Onlar məni olduğum kimi qəbul etdilər. Bilirəm hər kəs məni anlamayacaq. Mən onları başa salmağa da çalışmayacağam. Sadəcə bilin ki, xarici görünüş dəyişə bilər. Amma mən daxildə elə həmin Qabrieləm”.

42 yaşlı idmançı həyat yoldaşı və 9 yaşlı qızı ilə birgə yaşayır.

  •  (1)
  •  (0)