Cinsi seçimə qarışan valideynlər məsuliyyətə cəlb edilməlidir – Fazil Mustafabackend

Cinsi seçimə qarışan valideynlər məsuliyyətə cəlb edilməlidir – Fazil Mustafa

“Hesab edirəm ki, bizdə gender bərabərliyi problemi mahiyyətcə gender mədəniyyəti problemidir. Daha çox gender mədəniyyəti problemi müzakirə edilməlidir”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisdə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) hesabatının müzakirəsi zamanı Fazi Mustafa deyib.

Deputat bildirib ki, bir ayağımız Asiya, bir ayağımız Avropada, üstəlik bir ayağımızda mental dəyərlər içində olduqca problemi həll edə bilməyəcəyik.

Fazil Mustafa bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı var: “Bu sənəd 2020-2025-ci illərdə cinsi seçimin qarşısını almağa hesablanıb. Bizdə 100 qız uşağına qarşı 114 oğlan uşağı doğulur. Cinayət Məcəlləsinin 154-cü maddəsində cinsi ayrı-seçkiliyə görə məsuliyyət nəzərdə tutulir. Məncə, cinsi seçimə qarışan valideynlər məsuliyyətə cəlb edilməlidir”.

Deputat bildirib ki problemin həlli üçün ilk olaraq uşaqlardan başlamaq lazımdır. “İnsan amilinə münasibət dəyişmədikcə bu problemlə üzləşəcəyik”,-F. Mustafa bildirib.

  •  (0)
  •  (0)