Koronavirus səbəbi ilə nəzarət altında saxlanılan Çinin Uhan şəhərində yaşayan çinlilər özlərinə yeni bir əyləncə metodu yaradıb.
Hokm.az Moderator.az-a istinadən xəbər verir ki, Uhanda insanların ümidlərini itirdiyini göstərən yeni bir video ortaya çıxıb. Sosial mediada paylaşılan videoda evdən çıxa bilməyən şəhər əhalisi xərcləyə bilmədikləri kağız pullardan təyyarə düzəldib pəncərədən atmağa başlayıb.
Qeyd edək ki, Çində koronavirus səbəbi ilə həyatını itirənlərin sayı 2 min 238-ə çatıb. Dünya miqyasında isə virus səbəbi ilə həyatını itirənlərin sayı 2 min 247-ə yüksəlib.
















