Çinin COVID-19 MÜƏMMASI: ÜST həyəcan təbili çaldıbackend

Çinin COVID-19 MÜƏMMASI: ÜST həyəcan təbili çaldı

Çin hakimiyyəti COVİD-19-un mənşəyini öyrənmək məqsədilə bu ölkəyə səfər etmək istəyən ÜST ekspertləri üçün lazımi icazə sənədlərini hələ hazırlamayıb.

Hokm.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Bu gün bizə məlumat verildi ki, Çin hakimiyyəti komandanın səfəri üçün lazım olan icazə sənədlərini hazırlamayıb. Mən çox narahatam. Qrupun artıq 2 üzvü yola çıxıb, digərləri isə son dəqiqədə getməkdən imtina edib”, – deyə ÜST rəhbəri bildirib.publika.az

  •  (0)
  •  (0)