Çini bu dəfə Hindistan ştammı “VURDU”backend

Çini bu dəfə Hindistan ştammı “VURDU”

Çinin bir neçə şəhərində COVID-19 virusunun Hindistan ştammına yoluxmalar aşkarlanıb.

Hokm.az xəbər verir ki, bunu Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş epidemioloqu U Cunyou bəyan edib. O, Hindistan ştammının yayılmasının qarşısını almaq üçün lazımi addımların atıldığını bildirib.

Çinli mütəxəssis pandemiya tam başa çatanadək virusun yeni mutasiyalarının ortaya çıxmaq ehtimalının olduğunu, ona görə də qabaqlayıcı və nəzarət tədbirləri davam etdirməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını və 20-dək ölkədə bu ştammın aşkarlandığını açıqlayıb. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.publika.az

  •  (0)
  •  (0)