Çingiz Abdullayevin Rusiya kanalındakı TARİXİ ÇIXIŞI aparıcıları SUSDURDU – VİDEObackend

Çingiz Abdullayevin Rusiya kanalındakı TARİXİ ÇIXIŞI aparıcıları SUSDURDU – VİDEO

Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Rusiyanın “Rossiya-1” kanalında gedən “60 minut” (“60 dəqiqə”) verilişində tarixi çıxışıyla həqiqətləri dünyaya çatdırıb.

Hokm.az xəbər verir ki, Xalq yazıçısı çıxışı zamanı 30 il gedən nəticəsiz danışıqlardan danışıb.

Onun sözlərinə görə, bu gün bizim uzun illər ərzində aldadıldığımızın sübütları ortadadır:

“Azərbaycanın “təhlükəsizlik kəməri” adlandırdıqları 7 rayonu uzunmüddətli hərbi tikililərlə (səngərlərlə) təchiz olunub. Sual yaranır: bu illər ərzində necə danışıqlar aparılıb ki, həmin müddətdə ermənilər bu tikililəri tikərək müharibəyə hazırlaşıblar. Özü də Qarabağdakı müharibəyə yox, heç vaxt ermənilərin yaşamadığı və “təhlükəsizlik kəməri” adlandırdıqları bu rayonlardakı müharibəyə. Yəni danışıqlar yalnız vaxt uzatmaq üçün, status-kvonun pozulmaması üçün aparılıb. Bu, aydın məsələdir, çünki oradakı tikililəri nə bir aya, nə də bir ilə tikmək mümkün deyil. Baxın, buna görə biz daim bildiririk ki, ermənilər şüurlu şəkildə danışıqlardan boyun qaçırıblar”.

Yazıçı həmçinin, son Gəncə hadisələrini də yad edərək ermənilərin mülki əhalini atəşə tutmaqlarına etirazını bildirib.

Çingiz Abdullayev Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iddiaların da “fake” çıxdığını vurğulayıb və müharibədə Türkiyənin iştirak etmədiyinin dəfələrlə sübut olunduğunu deyib. Onun sözlərinə görə, ermənilər belə iddialarla Rusiyadan yardım dilənirlər.

Müharibənin dayandırılmasının yeganə şərtinin işğal olunmuş əraziləri boşaltmaq olduğuna aydınlıq gətirmək üçün isə yazıçı çox gözəl müqayisəsi ilə hətta aparıcıları da susdurub:

“Azərbaycan ərazisinin 20%-i işğal altındadır. Rusiya ərazisinin 20 %-i Volqa çayının ətrafı daxil olmaqla bütün Avropa hissəsidir. Azərbaycan əhalisinin 10%-i isə qaçqındır. Rusiya əhalisinin 10 %-i 15 milyon insan deməkdir. Təsəvvür edirsiniz, sizin ölkənizdə 15 milyon qaçqın olsaydı, nələr baş verərdi?! Bundan sonra bizi ittiham edənlər həmin insanları düşünsünlər. Azərbaycan əhalisinin 10 milyonu və bir milyon qaçqın. Bunlar HƏQİQƏTDİR!”big.az

  •  (3)
  •  (0)