Çindən 3-cü dünya müharibəsi xəbərdarlığı: odla oynamayın!backend

Çindən 3-cü dünya müharibəsi xəbərdarlığı: odla oynamayın!

Son zamanlar Çinlə Tayvan arasında yaşanan gərginlik pik həddə çatıb.

Hokm.az xəbər verir ki, buna səbəb Çinin Tayvanı üçüncü dünya müharibəsi ilə hədələməsidir.

Belə ki, Çin Kommunist Partiyasının nəzarətindəki mətbu orqanlar üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edərək Tayvana “odla oynamamağı” məsləhət görüb.

“Global Times” da yayımlanan məqalədə qeyd edilib ki, ABŞ-ın Tayvana dəstək verməsi gələcəkdə Çinlə ABŞ-ı qarşı-qarşıya qoya bilər.

Məqalədə həmçinin Çin xalqının Tayvanı dəstəkləyən ABŞ-la hərtərəfli müharibəni dəstəkləməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Tayvan Müdafiə nazirliyi 1 oktyabrda 38, 2 oktyabrda 39, 3 oktyabrda isə Çinin 16 hərbi təyyarəsinin onların hava məkanına daxil olduğunu açıqlamışdı.

Xatırladaq ki, 1949-cu ildə Çin Kommunist Partiyasının Çində iqtidara gəlməsindən sonra Çan Kayşak liderliyindəki  Çin Milliyətçi Partiyası (ÇMP) üzvləri Tayvana yerləşib. ÇMP üzləri 1912-ci ildə qurulan Çin Respublikasının iqtidarını adada davam etdirəcəyini açıqlayaraq müstəqilliyini elan edib. Tayvan təmsilçiləri 1971-ci ilə qədər BMT-də çini təmsil edib. Həmin ildə BMT-nin Pekin hökumətini Çinin yeganə qanuni təmsilçisi kimi qəbul etməsindən sonra Tayvandakı partiya üzvləri öz təsirini itirib. Bu gün Pekin hakimiyyəti Tayvanın öz torpaqları olduğu fikrini müdafiə edərək,  Tayvanın dünya ölkələri ilə diplomatik münasibətlər qurmasına qarşı çıxır.Ölkə.Az

  •  (0)
  •  (0)