Hazırda Çin Xalq Respublikasında ümumilikdə 500-ə qədər azərbaycanlı tələbə təhsil alır. Onlardan 62-si dövlət xətti ilə gedib. Virusun yayıldığı şəhərdə isə 7 tələbəmiz var.
Hokm.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
C.Bayramov qeyd edib ki, epidemiyanın yayıldığı şəhərdəki tələbələrimizlə Azərbaycanın Çindəki səfirliyi əlaqə yaradıb:
“Bilirsiniz ki, epidemiyanın yayıldığı əraziyə giriş-çıxışla bağlı məhdudiyyət qoyulub. Hazırda orada 7 azərbaycanlı tələbə var. Səfirlik onların hər biri ilə əlaqə yaradıb.
Bizdə olan məlumata əsasən, 50-dən çox ölkə Çində olan tələbələrinin oradan çıxarılması üçün müraciət edib. Bununla bağlı Çinin Xarici İşlər Nazirliyi tədbir keçirəcək. Orada Çində təhsil alan tələbələrlə bağlı da məsələyə aydınlıq gətiriləcək. Biz də onların verəcəyi qərarı gözləyirik. Bu məsələ açıqlanandan sonra həmin şəxslərin çıxarıması ilə bağlı addım atıla bilər. Biz bu məsələni diqqətdə saxlamışıq”.
C.Bayramov bildirib ki, Azərbaycanda yaşayan çinli tələbələrlə bağlı heç bir problem qeydə alınmayıb.Axar.az
Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.
Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/
















